QARDAŞLAR KƏNDDƏ MƏSCİD TİKDİRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboy rayonunun Dəliməmmədli kəndinin sakinləri, hazırda Sankt–Peterburq şəhərində bizneslə məşğul olan Rüfət, Mətləb, Elşən və Vüsal İbrahimov qardaşları doğulub boya–başa çatdıqları kənddə məscid tikintisinə başlamışlar. Layihə dəyəri 17,8 min ABŞ dolları olan məscidin tikintisində kənd sakinləri yaxından iştirak edirlər.