Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın hava qapısı Füzuli

Qarabağın hava qapısı Füzuli

Bakı, 13 oktyabr, AZƏRTAC

İki il öncə bu günlərdə bütün Azərbaycan özünün tarixi birlik və zəfər çağını yaşayırdı. Vətənin azadlığı üçün ayağa qalxmış xalqın yalnız bir məqsədi və bir amalı vardı. 30 il ərzində düşmən tapdağı altında inildəyən doğma torpaqlarımızı işğaldan azad etmək və Vətənin müdafiəsi üçün canından keçmiş şəhidlərimizin və erməni quldurları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qisasını almaq. Odlar yurdu od saçırdı. Düşmən Azərbaycan xalqının qəzəb alovunda yanıb külə dönürdü.

Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev AZƏRTAC-a açıqlamasında söyləyib.

O qeyd edib ki, 2020-ci ilin bu günlərində ən qızğın döyüşlər Füzuli rayonunun azad olunması uğrunda gedirdi. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Füzuli rayonu özündə əsrlərin tarixini yaşadan qədim türk məskənlərindən biridir. Rayon ərazisində yerləşən tarixi-mədəni abidələrimiz əcdadlarımızın əsrlər boyu bu torpaqlarda yaşayıb yaratdıqlarını nümayiş etdirirdi. Tarixi özlərinin mifoloji uydurmaları ilə saxtalaşdırmağa cəhd göstərən erməni faşistləri 1993-cü il avqustun 19-da Füzuli rayonunu işğal etməklə ərazini etnik təmizləməyə məruz qoymuşdular. Digər rayonlarımızın işğalı zamanı olduğu kimi, Füzuli rayonunun işğalı da düşmən tərəfindən törədilən qan donduran müharibə cinayətləri ilə müşayiət olunmuşdu. Sayı 150 minə yaxın olan mülki əhali ağır hərbi texnika ilə silahlanmış düşmənin qəfil hücumuna məruz qalmış və minlərlə günahsız soydaşımız işğalçı ordu tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Bütün bunlara baxmayaraq 27 il ərzində ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan soydaşlarımız bir an da olsa doğma Füzuliyə qayıtmaq ümidini itirməmişdilər.

“Hələ 1994-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından az sonra rayonun 22 yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən azad edilmiş və öz doğma torpaqlarından didərgin düşmüş Füzuli sakinlərinin yarıdan çoxu rayonun azad olunmuş kəndlərinə və qəsəbələrinə qayıdaraq müqəddəs savaş gününü gözləyirdilər. 2020-ci il sentyabrın 27-də o gün gəldi və Azərbaycan Ordusu xalqın çoxdan gözlədiyi qələbə üçün düşmən üzərinə zəfər yürüşünə başladı. Xalqımızı yeni torpaqlar itkisi ilə hədələyən və hətta vaxtaşırı təmas xəttini keçməyə cürət edən mənfur düşmən sentyabrın 27-də Azərbaycan xalqının “dəmir yumruğ”u ilə üz-üzə gəldi. Düşmən ordusu tərəfindən on illər ərzində texniki-mühəndis istehkamları ilə möhkəmləndirilmiş və hərbi mütəxəssislər tərəfindən alınmaz qala hesab olunan Füzulinin cəbhə xətti ordumuzun şücaəti qarşısında tab gətirə bilməyib parçalandı. Aldığı ilk zərbədən müvazinətini itirən erməni qoşunları Azərbaycan Ordusunun davamlı həmlələrindən sonra silahlarını atıb qaçmağa məcbur oldular. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri ilə birlikdə daha 62 yaşayış məntəqəsi 27 illik işğaldan azad olundu. Vətən müharibəsinin ən önəmli qələbələrindən biri kimi Füzulinin azad olunması az sonra qazanılacaq tarixi qələbələr üçün möhkəm zəmin yaratdı. Azərbaycan Ordusunun bu zəfəri mühüm hərbi strateji əhəmiyyət daşıyan Füzuli ərazisindən daha geniş areala yayılaraq tezliklə düşmən sərhədlərinə çatdı. Füzuli uğrunda döyüşlər Azərbaycan xalqının döyüş ruhunu və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Füzulidən başlayan müzəffər yürüş xalqımızın qəhrəman oğullarını mədəniyyət beşiyimiz Şuşaya apardı. Vətən müharibəsinin son akkordu sayılan Şuşanın fəthi isə Ordumuzun Füzuli qələbəsindən başlayan Zəfər yolunun son dayanacağı oldu”, - deyə Cavanşir Feyziyev bildirib.

“Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Cəmi bir ay sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Füzuli özünün sülh, əmin-amanlıq və abadlıq dönəminə qədəm qoydu. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən Zəfər Yolunun təməli qoyuldu. Bir ay sonra isə artıq Füzuli şəhərinin baş planı təsdiq olundu. İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli-Şuşa, Füzuli-Ağdam, Füzuli-Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi bütövlükdə Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu. Qarabağın hava qapısı adlandırılan Füzuli hava limanının tikintisi cəmi səkkiz ay ərzində başa çatdırıldı və istifadəyə verildi. Bu gün Füzuli ucsuz-bucaqsız tikinti meydanını xatırladır. Rayonda çoxmərtəbəli müasir yaşayış binaları, məktəb, xəstəxana və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi sürətlə aparılır. Füzuli şəhəri ilə birlikdə “Ağıllı kənd” konsepsiyası əsasında tikintisi aparılan bir sıra yaşayış məntəqələri də tezliklə Vətən həsrəti ilə yaşayan soydaşlarımızın istifadəsinə veriləcək. Bütün bunlar həyatımızda baş verən tarixi hadisələrdir. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Füzuli itkisi ilə yaşanan kədər hissləri ilə bərabər Füzulinin azad olunması və həyata qaytarılması ilə yaşanan sevinc və qürur hissləri də heç vaxt unudulmayacaq. Tarix unutqanlığı bağışlamır. Otuz ilə yaxın davam etmiş erməni işğalı bunu bir daha sübut etdi”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yalçın Camalov: Müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır

Xocalının Daşbulaq kəndində tut bağları genişlənir – 250-yə yaxın sakin işlə təmin olunub

Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başlayıb

İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir

Xəzərin sahilboyu ərazilərinin idarə olunmasında beynəlxalq təcrübə öyrənilir

Taleh Ziyadov: Badminton hər kəsin oynaya biləcəyi idman növüdür

Sədr müavini: Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb

Fransada vəkillər polislərin yaralanması ilə bağlı açıqlamalarına görə naziri məhkəməyə veriblər

İraq Hörmüz boğazında böhran səbəbindən neftini alternativ marşrutlarla daşıyır

Fərid Cəfərov: Sahilboyu ərazilərdə genişmiqyaslı söküntüyə ehtiyac yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür

Ortaq türkoloji irs işığında: Bakıda Azərbaycan-özbək dil əlaqələrinə yeni baxış

Gələn il sahibkarlar mobil həllər vasitəsilə avtomatlaşdırılmış bəyannamələri təqdim edə biləcək

Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin iclasında təmsil olunub

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

Mahmud Xəlil Cayırlı: Azərbaycan və İraq türkmanlarını ortaq Oğuz irsi, dil və mədəniyyət birləşdirir

Rəis müavini: Xəzər sahilindəki ərazilərin planlaşdırılması zamanı mövcud tələblər və ictimai ehtiyaclar nəzərə alınacaq

Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti Azərbaycana təşəkkür edib

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir VİDEO

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir VİDEO

İsrail səfiri: Lahıcın qəlbimdə xüsusi yeri var

“Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlanır

Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib

Paşinyan Ermənistanın yeni konstitusiyasının layihəsinin dərc olunacağı tarixi açıqlayıb

İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO

İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO

Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir

Peruda Azərbaycanın ali təhsil imkanları və dövlət təqaüd proqramları təqdim edilib

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir

Fərid Şəfiyev: Azərbaycan İraqda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasında maraqlıdır

Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış olub

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

Qazaxıstanda xərçəngin rekonstruktiv cərrahiyyəsinin yeni texnologiyası tətbiq edilib

“Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan keçib

Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək

Pakistanda daha 409 əfqan məhbus azadlığa buraxılıb

İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir

İlqar Həbiyev: Xəzərin sahilində istirahət məkanlarının əhali üçün əlçatan təşkili qarşıda duran əsas vəzifələrdəndir

Dövlət Xidməti: Ərazilərin zonalaşdırılmasından sonra idarəetmə statusu rəqəmsal platformada əks olunacaq

Qərbi Azərbaycanın Şahmurad məbədi: tarixi irsin yox olmaq təhlükəsi

Böyük Qayıdış prosesi artıq real nəticələrlə müşayiət olunur - ŞƏRH

ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb

Fəxrəddin Salim: Ozanlıq xalqın milli yaddaşını və mənəvi dünyasını yaşadan sənət modelidir- MÜSAHİBƏ

Fərid Şəfiyev: İraqda yaşayan türkmanları soydaşlarımız hesab etmək üçün tarixi və etnik əsaslarımız var

Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub

Qlobal bazarlarda investorların diqqəti “Anthropic” şirkətinin IPO-suna yönəlib

GAİM-in şagirdləri Tbilisidə keçirilən beynəlxalq olimpiadada 21 kubok qazanıblar

Tatarıstanda neft anbarları dron hücumuna məruz qalıb, Kubanda isə 83 evə ziyan dəyib

Azərbaycan arxeologiyasının nailiyyətləri Kiel Universitetində təqdim olunub

“Azərişıq” ASC-nin daha bir elektron xidməti “mygov” platformasında

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığına dair müzakirələr aparılıb

Dağıstanda güclü yanğın nəticəsində 7 evə və məktəb binasına ziyan dəyib

Dövlət Xidməti: Xəzərin sahilboyu ərazilərində nizamsız fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır

Çinin tropik meşələri “Homo erectus”un tarixini yenidən yazır

Azərbaycan COP31 çərçivəsində İkinci İkiillik Şəffaflıq Hesabatını təqdim edib

Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Deputat: Növbəti ilin dövlət büdcəsində Dayanıqlı İnkişaf Məqsədləri hədəflənib

Hasil Abbasov: Əmək bazarının və biznesin ana sütunlarından biri özəl sektordur VİDEO

Hasil Abbasov: Əmək bazarının və biznesin ana sütunlarından biri özəl sektordur VİDEO

Fatih Birol: Hazırkı böhranın təzyiqləri qarşıdakı onilliklərdə enerji təhlükəsizliyi seçimlərini kölgədə qoymamalıdır

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir VİDEO

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir VİDEO

Xaqani Şirvani irsinə həsr olunmuş respublika konfransı Şamaxıda işini davam etdirib

Misirdə artefaktlarla zəngin olan qədim qəbiristanlıq tapılıb

Afaq Əsədova: Qlobal transformasiyalar dövründə milli kimliyin qorunması xüsusi əhəmiyyət daşıyır

Əlcəzair, Nigeriya və Niger Transsəhra qaz kəmərinin tikintisini bərpa edir

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama VİDEO

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama VİDEO

Rəqəmsal transformasiya və süni intellekt: MEK-in direktoru beynəlxalq konfransda iştirak edib

Ötən gün 37 cinayətin açılması təmin olunub

Hacıqabulda zəlzələ olub

Paytaxtda qışa hazırlıq tədbirləri görülür VİDEO

Paytaxtda qışa hazırlıq tədbirləri görülür VİDEO

Rumıniya İnstitutunun baş direktoru: Kiberdiplomatiya artıq zamanın tələbinə çevrilib

Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər

® Caspian Business Hub - Xəzər regionunda beynəlxalq biznes əməkdaşlığının yeni modeli

Beynəlxalq Enerji Agentliyi: Hörmüzdən keçən neft axını 2030-cu ildə 8,5 milyon barelə enə bilər

Nazir: Cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayının 59 min artımı sevindirici haldır VİDEO

Nazir: Cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayının 59 min artımı sevindirici haldır VİDEO

“Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” - BSU-da konfrans

Tarixdə ən böyük enerji təchizatı böhranının təsirləri onun davametmə müddətindən asılı olacaq - Hesabat

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir VİDEO

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir VİDEO

BŞDYPİ yollarda təhlükəsizliyin təkmilləşdirilməsi işləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Sabah QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq

Dövlət Xidmətinin rəisi: Müasir dünyada süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb

Neft bazarında yeni geosiyasi gərginlik riski qiymətlərə təsir göstərir

Fəlsəfə doktoru imtahanında 253 nəfərin iştirakı gözlənilir

Nazirlər SABAH.city innovasiya şəhərciyində

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib

Bakıda kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 11 min 746 elektron müraciət daxil olub

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib

Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə regional vəziyyəti müzakirə edib

Qızılın qiymətində sabitləşmə müşahidə olunur

İndoneziyada Semeru vulkanı püskürüb

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 faizdən çox artıb

2026-cı ildə dünyanı təəccübləndirən 10 qeyri-adi Ginnes rekordu

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq

Azərbaycan nefti 97 dollara satılır VİDEO

Azərbaycan nefti 97 dollara satılır VİDEO

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Anthropic” tarixdə ən böyük ilkin kütləvi səhm təklifini həyata keçirib