Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ “smart region”a çevriləcək

Bakı, 1 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village” yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası, ilk növbədə, dünyada baş verən qlobal çağırışlara cavab verəcək. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva mövzu ilə bağlı şərhində bildirib.

O qeyd edib ki, müasir dünyada insanların 54 faizi şəhərlərdə yaşayır və bu nisbətin 2050-ci ildə 66 faizə çatacağı gözlənilir. Əhalinin ümumi artımı ilə birlikdə urbanizasiya növbəti 3 onillikdə şəhərlərə daha 2,5 milyard insan əlavə edəcək. Şəhərlərdə çox sayda insanın və onların həyatları ətrafında qurulmuş ekosistemlərin cəmləşməsi həm də iqlim dəyişikliyinin əsas səbəblərindən biri olub. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) hesabatına görə, qlobal istixana qazı tullantılarının 70 faizdən çoxu şəhərlərin payına düşür. Urbanizasiyanın töhfə verdiyi iqlim dəyişikliyi, xüsusilə istilik stresi, daşqın və səhiyyə ilə bağlı fövqəladə hallarının bir çox təsirinə elə şəhər sakinləri özləri daha çox məruz qalırlar.

İlk dəfə dünya liderləri 2019-cu ildə Osakada keçirilən G20 Sammitində “ağıllı şəhər” anlayışını ciddi müzakirə ediblər. Həmin müzakirədə belə məkanların qurulması ilə bağlı çalışan mövcud müəssisə-təşkilatları birləşdirəcək zəruri qlobal çərçivənin müəyyənləşməsi üçün ittifaqın yaradıldığı da elan edilib.

Müasir dünyada ağıllı-şəhərlərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Həmçinin şəhərləri daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşib.

Ümumiyyətlə “smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmək lazımdır.

“Ağıllı şəhər” həllərini tətbiq etməklə təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyat keyfiyyət göstəricilərinə təsir edə bilərik. “Ağıllı şəhər” texnologiyaları, vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa edilən ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirə və həmin regionu texnoinvestorlar üçün maraqlı edə bilər.

İşğaldan azad edilmiş regionda “smart-city” layihələrinin tətbiqi həmin regionu bu günün tələbi olan innovativ, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə, eyni zamanda, növbəti mərhələdə Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılması üçün fundamental əsas rolunu oynaya bilər. Postkonflikt ərazilərində ən vacib məsələlərdən biri olan - ictimai təhlükəsizliyi artırmaq üçün “ağıllı-şəhər” həllərini - ərazidə potensial qaynar nöqtələrin müəyyənləşdirilməsi və cinayətlərin baş verməsinin qarşısını almaq üçün real vaxtda cinayəti xəritələşdirmə, silah səslərinin aşkarlanması və proqnozlaşdırıcı polis vasitələrini tətbiq etmək olar. Bu məsələləri “Azərspace” peykinin təklif etdiyi xidmətlərdən istifadə etməklə reallaşdırmaq mümkündür.

Prezidentin xüsusi qeyd etdiyi kimi işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının nəzərdə tutulduğunu bildirən analitik deyib: “Həmin ərazilərdə ağıllı şəhər həllərinin - elektrik istehlakının izlənməsi, ağıllı işıqlandırma, sensor küçə işıqları və sensor işıqforlar kimi texnologiyaların tətbiqi bir tərəfdən istixana qazı tullantılarının, digər tərəfdən elektrik və istilik sərfini əhəmiyyətli azalda bilər. İnformasiya texnologiyalarının köməyi ilə Qarabağda enerji paylanmasını yaxşılaşdırmaq, tullantıların yığımını asanlaşdırmaq, nəqliyyat sıxlığını azaltmaq və hətta hava keyfiyyətini yaxşılaşdırmaq olar. Məsələn, həmin ərazilərdə avtomatik olaraq tullantıların idarə olunması şirkətlərinə məlumat göndərən və lazım olduqda götürülməsini əvvəlcədən planlaşdırılan qrafikə malik ağıllı zibil qutularının qoyulması həmin regionu Azərbaycanın tullantısız, təkrar emal mərkəzinə çevirə bilər.

O qeyd edib ki, bütövlükdə ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olan su ehtiyatlarına qənaət edilməsi aspektindən işğaldan azad olunmuş ərazilərdə yaradılacaq “ağıllı şəhər” konsepsiya əsasında su istehlakının azaldılmasında mühüm rol oynayacaq. Ağıllı suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr bir gündə adam başına su istehlakını 25-80 litr arasında saxlaya bilər.

Bulud əsaslı informasiya texnologiyaları tətbiqetmələri təkcə insan həyatını deyil, həmçinin əraziidarəetməsini də asanlaşdıra bilər. Yerli dövlət idarəetmə orqanları, bələdiyyələr, özəl müəssisələr və vətəndaşlar öz həyat keyfiyyətini artıran daha yaxşı qərarlar vermək üçün məlumatları bu elektron tətbiqlər vasitəsilə real vaxtda qəbul, təhlil və idarə edə bilər. “Ağıllı şəhər” həllərini ən çox tətbiq edən 5 şəhər Sinqapur, London, Amsterdam, Honq-Konq, Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli “ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn Şuşada interaktiv məlumatverici lövhələr quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intellektual nəqliyyat sistemi, “yaşıl enerji” istehsalının tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq.

“Ağıllı şəhər”lə bərabər post-konflikt ərazilərdə “ağıllı kənd” layihəsinin də həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən G.Quliyeva bildirib ki, beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. Ağıllı kənd texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin “smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib