Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ abidələri: Bərdə türbəsi

Bərdə, 4 yanvar (AZƏRTAC). Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə böyük töhfələr vermişdir. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir.

Bərdədə eramızdan əvvəl II minillikdən başlamış, son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Azərbaycanın bu qədim şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanmışdır. VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən biri də 1322-ci ildə inşa edilmiş Bərdə türbəsidir. Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvari türbələr qrupuna daxil olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsini bu dövr üçün ənənəvi olan dəfn üçün sərdabə təşkil edir. Bu qədim abidənin içərisindən dörd istiqamətdə yol da olmuşdur.

Bərdə türbəsinin yerüstü hissəsi xatirə abidəsi olub, monumental xarakter daşıyır. Bu hissə daşdan hörülmüş kürsülük, silindirik gövdə və günbəzdən ibarətdir. Türbənin gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metrdir. Onun divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənmişdir. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülmüşdür. Bu cür orijinal hörgünün kərpic naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılmışdır. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Türbənin çoxrəngli kəsmə mozaikadan quraşdırılmış və zəngin ornamentlə bəzədilmiş şimal və cənub tərəflərindəki baştağılar onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır.

Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılaraq yararsız hala salınmışdır. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə tikildiyi məlum deyil. Lakin türbənin Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal olunur. Bu tarixi abidənin üzərinə “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılmışdır. Burdan məlum olur ki, türbə naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən tikilmişdir. Bu isə Naxçıvan memarlarının hələ XIV əsrdə başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən qiymətli bir sənət nümunəsidir.

Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşmişdir. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülmüşdür.

Bərdə türbəsinin günbəzi dairəvi olmuşdur. Bunu memarlıq üslubuna görə Bərdə türbəsi ilə demək olar ki, eyni olan Naxçıvandakı Qarabağlar türbəsi də təsdiq edir. 1957-1958-ci illərdə bərpa adı ilə türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmişdir. Xeyli çəkisi olan bu beton abidənin ümumi görünüşünə ciddi xələl gətirməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdur.

Bu gün ölkəmizin digər maddi-mədəniyyət nümunələri kimi, Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi və bərpası da dövlətimizin diqqət mərkəzindədir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da Bərdə rayonunun tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası öz əksini tapmışdır. Təsadüfi deyildir ki, bütün bunları nəzərə alan Prezident İlham Əliyev Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə 2012-ci il oktyabrın 8-də müvafiq Sərəncam imzalanmışdır.

Artıq Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələblərindən irəli gələn vəzifələrə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bərdə türbəsinin bərpasına başlanılmışdır. Yaxın vaxtlarda rayon ərazisindəki digər tarix-mədəniyyət abidələrinin də bərpası və konservasiyası həyata keçiriləcəkdir.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub

Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot

Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

Ekspert: Zəngilan Aqroparkı azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Azərbaycanın tarixi Zəfəri milli ləyaqətimizin və suverenliyimizin bərpasıdır ŞƏRH

Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib

ADPU-da Zəfər Günü: müharibə veteranları və şəhid ailəsi üzvləri diqqət mərkəzindədir

Qələbədən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrin xarakteri də dəyişib - ŞƏRH

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir MƏQALƏ

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə görüşlər keçirib

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

Azərbaycanın Zəfər Günü Brüsseldə də qeyd olunub

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Zəfər tariximizə həsr olunmuş nəşrlər vahid məkanda toplanıb

Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

DİM şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair qətnamələr qəbul edilib

“Şanlı tariximizin möhtəşəm Zəfər Günü” - Şərqşünaslıq İnstitutunda elmi sessiya

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib