QANUNSUZ SİLAHLAR YIĞILIR
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları əhalidə olan qanunsuz silahların yığılmasını davam etdirirlər.
Rayon polis şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son vaxtlar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan AKM markalı 5 avtomat, 3 ədəd qumbaraatan, 1 ədəd pulemyot və digər döyüş sursatı götürülmüşdür.