QALSTUK DƏBDƏN DÜŞÜR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, ABŞ-da qalstuklar dəbdən düşür. Orada kişilər indi boyun yaylıqlarına üstünlük verirlər. Boyunda düyünlənən ipək və pambıq yaylıqlar bu il onların ən sevimli geyim aksessuarlarındandır. Nyu-Yorkun ən dəbdəbəli mağazalarından birinin direktoru demişdir ki, qiyməti 150 dollar olan Qərb üslubunda boyun yaylıqları, demək olar, bir göz qırpımında satılmışdır.
Ekspertlərin fikrincə, 1970-ci illərin dəbi yenidən qayıdır. O zamanlar da boyun yaylıqları kübar cəmiyyətə mənsub kişilərin geyimində zəruri yer tuturdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [11:51]
Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb
- 05.11.2026 [11:09]
Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub
- 05.11.2026 [11:00]
Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb
- 05.11.2026 [10:58]