QADIN PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs martın 22-də Qadın Problemləri üzrə Dövlət Komitəsində görüş keçirmişdir.
Komitənin sədri Zəhra Quliyeva xanım Rulofsa başçılıq etdiyi qurumun fəaliyyətindən danışaraq dedi ki, qadınlar Azərbaycan cəmiyyətinin fəal hissəsidir. Komitənin əməkdaşları qarşısında duran gender problemləri uğurla həll olunur, bütün bölgələrin icra strukturlarında komitənin nümayəndələri var və onlar qadınların problemlərini yerindəcə həll edirlər. Komitənin başçısı Azərbaycan qadınlarının problemlərindən söhbət açaraq, qaçqın-köçkün qadınların ağır şəraitdə yaşadıqlarını xatırlatdı.
Görüşdə iki ölkənin qadın təşkilatları arasında əlaqələri genişləndirmək məsələləri barədə fikir mübadiləsi aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [14:57]
Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
- 11.11.2026 [17:03]
Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]