Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident ömrünün foto salnaməçisi

Bakı, 14 may, AZƏRTAC

Onun şəxsi arxivində Heydər Əliyevlə bağlı 700 mindən çox şəkil var. Əlbəttə, Ulu Öndərin həyatının ayrı-ayrı məqamlarını əks etdirən bu qədər çoxlu şəkil çəkən başqa fotoqraf tapmaq mümkün deyil. Çünki o, nə az, nə çox, düz 10 il -1993-cü ildən 2003-cü ilədək Heydər Əliyevin şəxsi fotoqrafı olub. O, Ulu Öndərlə bağlı fotosessiya edib, həmçinin Prezident İqamətgahında, xarici ölkələrə səfər zamanı, təyyarədə, evdə, istirahət vaxtı dahi və uzaqgörən siyasətçinin şəkillərini çəkib. Bir sıra tarixi xatirələri yaddaşında saxlayan həmin fotolar müdrik dövlət rəhbərinin, xalqımızın Ümummilli Liderinin həyatının ən mühüm məqamlarını əbədiləşdirib. Həmin fotolara hər yerdə - televiziya ekranlarında, qəzet və kitab səhifələrində, filmlərdə rast gəlmək olar. Lakin bu unudulmaz və tarixi şəkillərin müəllifini heç də hamı tanımır...

Söhbət ustad fotoqraf Rafiq Bağırovdan gedir. Halbuki o, özünü həvəskar fotoqraf sayıb. Onun şəkilləri 1993-cü ilin payızında o vaxt Ali Sovetin sədri olan Heydər Əliyevin diqqətini cəlb edib. O, həmin hadisəni xoş hisslərlə xatırlayır: “Heydər Əliyev Ali Sovetin sədri ikən prezidentliyə namizəd idi. Xəbər gəldi ki, onun portret şəkillərini çəkmək lazımdır. Düzü, mən bu işi boynuma götürmədim, razılıq vermədim. Heydər Əliyev kimi dünyaşöhrətli bir siyasətçinin şəkillərini çəkməyə özümü hazır hesab eləmirdim. Amma bir xeyli tərəddüddən, götür-qoydan sonra dəvəti qəbul elədim. İki saatdan çox çəkiliş apardım. Şəkilləri kiçik formada çıxarıb təqdim etdim. Həmin şəkillərin 20-25 ədədini seçib dedilər ki, Heydər Əliyevin baxması üçün bunları iri formatda çap elə. Həmin şəkilləri iri formatda çap edəndən sonra Milli Məclisə aparıb Heydər Əliyevə göstərdim. O, şəkillərə bir-bir və çox diqqətlə baxıb incələdi. Sonra dedi ki, sən mənimlə işləyəcəksən”.

Rafiqin Prezidentin şəxsi fotoqrafı olmağı belə qəfil, gözlənilmədən və həm də bir növ təsadüfən olub. Sonralar Prezident Administrasiyasının Mətbuat şöbəsində onun üçün ştat açılıb.

Təcrübəli foto ustası Ulu Öndərlə işlədiyi illəri xatırlayaraq deyib: “Heydər Əliyev fotolara çox dəyər verən rəhbər idi. İşində nə qədər tələbkar idisə, fotolara da elə yanaşırdı. Mənə demişdi, ola bilər ki, hansısa tədbirdə, görüşdə görsən ki, qalstukum əyridir, ya pencəyim yaxşı görünmür, qətiyyən çəkinmə, yaxınlaş və mənə de. Amma onu da deyim ki, o qədər səliqəli, geyim-keciminə fikir verən adam idi ki, belə bir hal, demək olar ki, olmayıb”.

O, jurnalist ailəsində dünyaya gəlib. Atası "Elm və həyat" jurnalının baş redaktoru olub. Özü isə fotoqraf kimi əmək fəaliyyətinə Azərbaycanda Dövlət Televiziyasında kino lentlərinin araşdırılması sexində başlayıb. İxtisasca filoloq olsa da, ömrünü fotoqrafiyaya bağlayan Rafiq Bağırov növbəti ad gününü qeyd edir.

“O, mənim fotoqrafiya müəllimim olub. Heydər Əliyevin bilmədiyi, demək olar ki, heç bir sahə yox idi. Onun kimi dəyərli bir şəxsiyyətin şəxsi fotoqrafı olduğum üçün daim öyrənir, öz üzərimdə işləyirdim. Amma ən mühüm məsələləri məhz Ulu Öndərin özündən öyrənmişəm. Hətta peşəmin incəliklərini də...”, - deyən ustad fotoqrafın ömür yelkəni səksəninci sahilə doğru tələsir. Dünyaşöhrətli siyasi lider Heydər Əliyevin foto yaddaşı olan Rafiq Bağırovun sinəsi xatirələrlə doludur. Çünki o, xalqımızın tarixində çox böyük rol oynayan 1993-2003-cü illərdə Ulu Öndərin həyatının hər anını izləyib, onunla səfər və xatirə yoldaşı olub...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalıq və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH