Prezident Edvard Beneşin əlyazmaları tapılıb
Praqa, 22 may, AZƏRTAC
Çexiya Ədliyyə Nazirliyinin zirzəmilərində aparılan təmizlik zamanı tarixi sənədlər toplusu, o cümlədən Çexoslovakiya Prezidenti Edvard Beneşin əlyazmaları - orijinal vəsiyyətləri aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya Milli Arxivinin mətbuat üçün açıqlamasında deyilir.
Tarixi sənədlərin və əşyaların kolleksiyası ötən il tapılıb, lakin tapıntı öyrənilərkən bu barədə məlumat verilməməsi qərara alınıb.
Vəsiyyətnamələr Prezident Beneşin vəsiyyət sənədlərində aşkar edilib. Bunlar 1943 və 1945-ci illərə aiddir və o, müvafiq olaraq Birləşmiş Ştatlara və Sovet İttifaqına xarici səfərlər üçün Britaniyadan getməzdən əvvəl yazılıb. Bu sənədlərdə dövlət başçısı Çexoslovakiyaya qayıtmayacağı təqdirdə ölkənin gələcək inkişafı ilə bağlı öz fikirləri ilə bağlı göstərişlər qoyub. Onların məzmunu ümumilikdə məlum idi, amma yazılı orijinallar ilk dəfə olaraq ictimaiyyətə açıqlanır.
Kolleksiyada vəsiyyətnamələrdən başqa, İkinci Dünya müharibəsi illərində Böyük Britaniyada fəaliyyət göstərmiş sürgündə olan Çexoslovakiya hökumətinin möhürləri, həmçinin Birinci respublikanın ədliyyə nazirinin (1918-1938) masasının açar dəsti də var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]