Azərbaycan Dövlət İnformasiya Agentliyi

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Praqa, 4 sentyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada CEVRO Universitetində Ermənistanın Prezidenti Vaaqn Xaçaturyanla açıq görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Prague Centre for Transatlantic Relations” tərəfindən təşkil olunan tədbirdə siyasətçilər, tələbələr, akademiklər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Görüşdə Azərbaycan diasporunun nümayəndəsi, “Land of Fire” cəmiyyətinin təsisçisi və Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev də iştirak edib.

Ermənistan Prezidenti çıxışı zamanı Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən, Qarabağda baş vermiş hadisələrdən və 2020-ci il müharibəsindən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasından, habelə Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında regional əməkdaşlıq imkanlarından danışıb.

Çıxışdan sonra tədbirin moderatoru Tomas Pojar Ermənistan Prezidentinə müxtəlif məsələlərlə bağlı suallar ünvanlayıb. Görüşün həmin hissəsində digər iştirakçıların ayrıca sual verməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, tədbirin sonunda Fərid Əmirəliyev Ermənistan Prezidentinə müraciət edərək Azərbaycan üçün mühüm olan məsələ ilə bağlı sual vermək istədiyini bildirib. Onun müraciətindən sonra Azərbaycan ərazilərindəki mina problemi ilə bağlı sual səsləndirilib.

F.Əmirəliyev Ermənistan Prezidentindən Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə zaman Azərbaycana təqdim ediləcəyini soruşub.

O, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyini və sülhün davamlı olmasının arzu edildiyini qeyd edərək, mina probleminin Azərbaycan vətəndaşlarının həyatına və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam etdiyini vurğulayıb.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan cavabında bildirib ki, Azərbaycan tərəfindən tələb olunduğu təqdirdə, Ermənistanın əlində olan mina xəritələri, məlumatlar və digər materiallar Azərbaycan tərəfinə təqdim edilib. O, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi ilə bağlı Ermənistanın əlində olan məlumatların da Azərbaycan tərəfinə verildiyini bildirib. Lakin Ermənistan Prezidentinin cavabında ona ünvanlanan əsas suala – Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə zaman təqdim ediləcəyi məsələsinə konkret tarix və ya müddət göstərilməyib.

Beləliklə, Xaçaturyan Ermənistanın əlində olan məlumatların artıq Azərbaycan tərəfinə təqdim edildiyini vurğulasa da, mina xəritələrinin tamlığı və onların təqdim olunması üçün konkret zaman çərçivəsi ilə bağlı öhdəlik açıqlamayıb.

Ermənistan Prezidenti mina probleminin tezliklə həll olunacağına və Azərbaycanla Ermənistan arasında sülhün daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Görüş başa çatdıqdan sonra Vaaqn Xaçaturyan Fərid Əmirəliyevə yaxınlaşaraq onunla əl sıxıb və belə bir sualı açıq şəkildə səsləndirdiyinə görə onu təbrik edib.

Daha sonra bir sıra tədbir iştirakçıları F.Əmirəliyevə yaxınlaşaraq mina problemini Ermənistan Prezidentinin qarşısında gündəmə gətirdiyinə görə ona təşəkkür və təbriklərini çatdırıblar.

F.Əmirəliyev bildirib ki, onun məqsədi siyasi qarşıdurma yaratmaq deyil, Azərbaycan vətəndaşlarının həyatına təhlükə yaradan mina problemini beynəlxalq auditoriyanın və Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq olub.

“Sülh yalnız siyasi bəyanatlarla deyil, insanların təhlükəsizliyinin təmin olunması ilə də ölçülür. Azərbaycan ərazilərindəki minalar bu gün də insanların həyatına təhlükə yaradır. Ona görə də belə bir platformada bu məsələni Ermənistan Prezidentinin qarşısında səsləndirməyi vacib hesab etdim”, – deyə F.Əmirəliyev bildirib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Azərbaycanlı voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Ombudsman: Rəqəmsallaşma fonunda işçilərin rəqəmsal bacarıqlarının inkişafına maliyyə dəstəyi verilməlidir

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

Misir məhkəməsi 35 Avropa təşkilatını və 36 şəxsi “terror siyahısı”na daxil edib

Xankəndidən dünyaya verilən mesaj: Azərbaycan Zəfərdən yeni inkişaf mərhələsinə doğru - ŞƏRH

“Xankəndi” futbol klubu doğma şəhərinə köçməyi planlaşdırır

Yaşıl Enerji Dəhlizi layihəsində Avropa şirkətlərinin iştirakı nəzərdən keçirilib

Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə təkliflər irəli sürüb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

İki əsrlik dad yaddaşı: Qaşqaçayda su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub

Azərbaycan dilçiliyinin və lüğətçiliyinin yorulmaz tədqiqatçısı - professor İsmayıl Məmmədli

Naxçıvanda vergi daxilolmaları 11 faizə yaxın artıb

Komitə sədri: Saatlıq əməkhaqqı qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcək

Yaponiyada 2025-ci il parlament seçkiləri konstitusiyaya zidd hesab edilib

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Nazir müavini: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

Azər Bayramov: Qeyri-neft-qaz sektorunun orta illik hesabla 5,2 faiz artması gözlənilir

Azərbaycan basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı

Yaşıl Enerji Dəhlizinə enerji təchizatçılarının və alıcılarının cəlbi nəzərdən keçirilib

Nazir müavini: Əməkhaqqının elektron ödəniş sistemi vasitəsilə ödənilməsi və izlənilməsi nəzərdə tutulur

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Zaur Əliyev: Minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsi zəruridir

Azərbaycan İdman Akademiyası “QS Stars” auditində 5 ulduza layiq görülüb

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

İqtisadiyyata kredit qoyuluşları 15 faizdən çox artıb

Ziyafət Əsgərov: İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış büdcənin prioritet istiqamətlərindəndir

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Salsal qalası

Əbu-Dabi danışıqları neftin qiymətinə necə təsir edəcək?

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Nazir müavini Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanlı könüllülər COP31-də

Azərbaycanda ÜDM 1,7 faiz artıb

Zəfərin siyasi təntənəsi, suverenliyin möhkəmliyi və güclü Azərbaycanın yeni reallıqları

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

“Üzgüçülük hamı üçün” yarışının vaxtı açıqlanıb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

MEK-in direktoru: Prezidentin Xankəndi müraciəti tarixi ədalətin və milli qürurun təntənəsidir

Azərbaycanın COP31-dəki milli pavilyonunda energetika keçidi məsələləri müzakirə olunub

Bolqarıstanda faciəvi yol qəzaları ilə əlaqədar milli matəm günüdür

ABŞ-də Trampın BBC-yə qarşı 10 milyard dollar təzminat iddiası üzrə məhkəmə davam edəcək

“Qərbi Azərbaycan folkloru” seriyasının növbəti cildi işıq üzü görüb

NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib

ABŞ Enerji İnformasiya Administrasiyası neft qiymətləri proqnozunu artırıb

TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

BMT: Dünyada təxminən 1,5 milyard qadın və qız iqlim böhranının ən çox təsir etdiyi regionlarda yaşayır

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

Yaponiya silahlı qüvvələrinin rəsmi sayını azaltmağı planlaşdırır

Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub VİDEO

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub VİDEO

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Hindistanda sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ-nin maliyyə naziri İranın təhdidləri səbəbindən hərbi bazaya köçüb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 5,4 minə yaxınlaşıb

Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Ben Ferqyusonu namizəd kimi nəzərdən keçirir

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

Şimali Avropa ölkələri dəniz tərəfdaşlığı yaratmaq barədə razılığa gəliblər

Kuşner Əbu-Dabi danışıqlarının ilk gününü ümidverici qiymətləndirib

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib

Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub