Polşa millisinin baş məşqçisi istefa verib
Bakı, 12 iyun, AZƏRTAC
Futbol üzrə Polşa millisinin baş məşqçisi Mixal Probyej vəzifəsini tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mixal Probyej bir neçə gün öncə yığmanın kapitanı Robert Levandovski ilə bağlı qalmaqalla gündəmə gəlmişdi. O, kapitanlıq sarğısını ulduz futbolçudan aldığı üçün sərt tənqid olunmuşdu. Levandovski isə Probyej istefa verənədək milli komandanın formasını geyinməyəcəyini bildirmişdi.
Mixal Probyej 2023-cü ilin sentyabrında Polşa millisinin baş məşqçisi təyin olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:06]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni baş katibi müəyyənləşib
- 16.11.2026 [18:34]
Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur
- 16.11.2026 [16:30]
Argentinada başına top dəyən futbolçu vəfat edib
- 16.11.2026 [16:26]
Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub
- 16.11.2026 [15:29]
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası olub
- 16.11.2026 [14:09]