Polis əməkdaşları quldurları yaxalamışlar
Bakı, 20 noyabr (AZƏRTAC). Nizami rayonunda iki naməlum şəxs Yevlax rayon sakini Rüstəm Elyasovu döymüş və bıçaqla hədələyərək ondan 150 manat pul və mobil telefonunu almışlar.
Hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Ceyhun Məmmədov və əvvəllər məhkum olunmuş Mirkamal Həsənov Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]