POLİS ƏMƏKDAŞLARI OĞRULARI YAXALAMIŞLAR
Bakı, 11 mart (AZƏRTAC). Martın 9-da Mayakovski küçəsində, M.Ə.Rəsulzadə qəsəbə sakini Şaiq Abbasova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramilə Məmmədəliyeva, Nailə Namazova və Zöhrə Həsənova Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Fevralın 13-də A.Qasımovanın həyətindən oğurluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini Ramin İbrahimov rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Martın 6-da M.Seyfullayevin evindən oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Yaşar Hüseynov Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, istintaq orqanlarına təhvil verilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]