POLADƏRİDƏN SOBA TƏMİR EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səttarxan adına maşınqayırma zavodu törəmə açıq səhmdar cəmiyyətində uzun illərdən bəri işləməyən 6 tonluq elektrik qövslü poladəridən sobanın təmirinə başlanılmışdır. Sobanın işə salınması yeni iş yerlərinin açılmasına və istehsalın həcmini 2 dəfə artırmağa imkan verəcəkdir.