Azərbaycan Dövlət İnformasiya Agentliyi

POEZİYANIN DƏYİŞDİRDİYİ DÜNYA

Bu sözlər teatr haqqındadır. Güclü və çox müxtəlif təəssüratlarla ruhumuzu təzələyən, məşhur bir klassikin təbirincə desək, yeni, dəyişdirilmiş və ecazkar ehtiraslar dünyasını bizim üçün kəşf edən canlı sənət haqqında. İnsanlar teatra tələsir. Onlar sanki artist ilə dialoqa tələsir...

Bir dəfə Bakı qəzetlərinin birində Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrının baş rejissoru, respublikanın xalq artisti Aleksandr Şarovskinin yubileyi münasibətilə onunla müsahibə dərc edilmişdi. Həmin müsahibənin bir neçə sətri hələ də yadımdadır. Aleksandr Yakovleviç jurnalistin suallarından birinin cavabında demişdi: mənin üçün teatr nicat adasıdır. Teatrda işləyən insanlar özləri də hiss etmədən, sanki bir sıra problemlərdən uzaqlaşırlar... Teatrın gözəlliyi bundadır ki, o, insanlar üçün bir növ illüziya yaradır.

Bəli, teatr həqiqətən də gözəl və cəlbedicidir. Özü də təkcə səhnədəkilər üçün deyil, həm də salondakılar üçün. Lakin aktyorlardan fərqli olaraq tamaşaçılar üçün teatr həm də həyati problemlərin həlli üçün ən ali instansiyadır. Gərək ki, bu sözləri Gertsen demişdir və onunla razılaşmamaq çətindir. Axı bizlərdən hər birimizin həyatında elə anlar olur ki, bəzən səhnədə gördüklərimiz dərin düşüncələrə dalmağa, bu və ya digər hadisəyə, insana münasibətimizə yenidən nəzər salmağa sövq edir və hətta həyatda yaranmış qeyri-standart vəziyyətdən çıxış yolunu göstərir. Təbii ki, mən həqiqi sənəti, sözün ən yüksək mənasında teatrı və bu teatrın tələblərinə cavab verən aktyor oyununu nəzərdə tuturam. Teatr səhnəsinə qədəm qoyan insanlar belə böyük məsuliyyət daşıyırlar.

Artist ta qədimdən tamaşaçıda heyranlıq doğuran, onun diqqətini cəlb edən sima olmuşdur. Məktəbdə oxuduğum illər yadıma düşür. O vaxt bizim yuxarı sinif şagirdlərinin də öz sevimli aktyorumuz vardı. Azərbaycanda teatr həmişə sevimli sənət növü, onu təmsil edənlər isə ehtiram bəslənilən insanlar olmuşdur. Hamının heyranlıqla baxdığı bu insanlar şəhərimizin küçələrində elə-belə yerimir, əzəmətlə addımlayırdılar. Biz öz sevimli artistimizə uzaqdan-uzağa da olsa baxmaq üçün bu və ya digər teatrda məşqlərin nə vaxt qurtardığını yaxşı bilirdik. Tamaşadan sonra onun məxsusi təziminə layiq görüləndə özümüzü xoşbəxt hiss edir, sevimli aktyorlarımızdan biri məktəb tədbirlərinə gəlməyə vaxt tapanda sevincimizin həddi olmurdu.

İşdən sonra yolurmuş və evlərinə tələsən səhnə ustaları bəlkə də teatrın xidməti giriş qapısının yanında onları gözləyən pərəstişkarları ilə ünsiyyətdə olmağı bəzən istəmirdilər. Lakin onlar yaxşı başa düşürdülər: bu, onların gözəl peşəsinin “kəramətidir”. Ən başlıcası isə bilirdilər ki, bu, onların sənətinə sevginin ifadəsi, istedadının etiraf edilməsi deməkdir.

Bütün dövrlərdə insanları teatra cəlb edən təkcə pərəstiş deyil, hərçənd bunun özü həmişə adekvat şəkildə təzahür etmir. Yadımdadır, bir vaxtlar əksər hallarda Bakı teatrlarının aparıcı artistlərinin rəhbərlik etdiyi dram dərnəklərində iştirak etməyə həm uşaqlar, həm də yaşlılar kütləvi şəkildə aludə olmuşdu. Məsələn, mən məktəbdə oxuyarkən iştirak etdiyim dram dərnəyinə bütün şəhər uşaqlarının sevimlisi, Gənc Tamaşaçılar Teatrından şən Trufaldino kimi tanıdığımız Aleksey Timofeyeviç Lejnyov rəhbərlik edirdi. Dərnək üzvləri məşğələ gününü necə də səbirsizliklə gözləyirdi! Dərnəyin repertuarında həm klassiklərin, həm də müasir dramaturqların əsərləri vardır. Onu da deyim ki, bu dram dərnəkləri heç şübhəsiz, ədəbiyyat dərslərimizə də kömək edir, ən yaxşı nümunələrə maraq oyadır və nəhayət, şagirdlərin ədəbi zövqünü tərbiyə edirdi. İnanın ki, keçmişdə heç də hər şey pis deyildi. Yaxşı şeylər də çox idi və onların sırasında dram dərnəkləri, uşaq teatrları da vardı.

Təbii ki, indiki dövrdə teatra münasibət dəyişmişdir. Elə teatr özü də dəyişmişdir. Onun yeni, maraqlı formaları, məsələn, antrepriz teatrları, məxsusi repertuarı olan yeni teatrlar, yeni yaradıcı kollektivlər formalaşmışdır. Cari teatr mövsümü də Bakı afişasına yeni adlar daxil etmişdir.

Respublikamızın paytaxtında nisbətən yaxın vaxtlarda yaranmış “Zəfər” teatr-studiyasında Şekspirin heç də hamıya tanış olmayan “Afinalı Timon” əsəri tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru bu studiyanın yaradıcısı, tanınmış səhnə ustası, Azərbaycan Teatr Xadimləri Birliyinin rəhbəri Azərpaşa Nemətovdur. Əsərdə baş rolun ifaçısı və quruluşçu rejissorun köməkçisi isə xalq artisti Fuad Poladovdur. Azərpaşa Nemətov kifayət qədər ciddi sənət yolu keçmiş, bir müddət Leninqradda Gənc Tamaşaçılar Teatrında, sonra isə həmin şəhərdə Tovstonoqovun teatrında işləmişdir. Şekspirin yaradıcılığına müraciət etməyə hər quruluşçu rejissor cəsarət etmir. Azərpaşa bunun üçün özündə qüvvə tapmışdır.

Əlbəttə, ölkəmizin başqa teatr kollektivlərinin repertuarlarında da diqqəti cəlb edən tamaşalar çoxdur. Məsələn, Rus Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin”, Cənnət Səlimovanın Bakı kamera teatrında Azərbaycan dilində tamaşaya qoyulmuş “Otello” və “Çar Edip” əsərlərini, teatrlarımızın səhnələrində bəziləri artıq bir neçə mövsümdə oynanılan tamaşaları göstərə bilərik. Mən baxdığım tamaşaların ən yaxşılarının, öz mahiyyətinə görə teatr haqqında təsəvvürə daha yaxın hesab etdiklərimin adlarını çəkirəm.

Lakin təəssüf ki, tamaşaların heç də hamısı bu təsəvvürə uyğun gəlmir. Nə qədər qəribə olsa da, teatr öz teatrallığını itirmiş, bəsitləşmiş, Azərpaşa Nemətovun çox dəqiq söylədiyi kimi, texnolojiləşmişdir. Rejissor səhnədə baş verənlərin adiliyini tam təfsilatı ilə açıqlamaqla sanki teatrdakı hərəkətləri həyatla müqayisə etməyə, teatrı gerçəkliyə daxil etməyə çalışır. Zənnimcə, bu halda tamaşaçı aktyorları da tamam başqa şəkildə qavrayır. Onun nəzərində aktyorlar bir vaxtlar malik olduğu müstəsnalıq keyfiyyətini itirirlər. Ola bilsin, bu, həm də televiziyanın “böyük illüziya” yaradan teatrı və aktyorları tamaşaçılar üçün, necə deyərlər, adiləşdirməsi ilə izah olunur. Lakin quruluşçu rejissordan çox şey asılıdır. Rejissorluq sənətinin böyük ustası, novator Yuri Lyubimov Moskvadakı Taqanka teatrında “Hamlet” əsərini tamaşaya qoyanda bu, müəyyən çalarları ilə çox müasir, lakin eyni zamanda, çox yüksək sənət nümunəsi idi. Bu, sözün ən yüksək mənasında teatr idi.

Bizdə, Bakıda da yaxşı nümunələr az deyil. Elə həmin “Afinalı Timon” əsərini, kamera teatrının tamaşalarını buna misal göstərmək olar. Yeri gəlmişkən, bir neçə il bundan əvvəl keçirilmiş Beşinci beynəlxalq festivalda bu teatr “ən yaxşı tamaşaya görə” nominasiyası üzrə mükafata layiq görülmüşdü. Azərbaycan Dövlət Dram Teatrının gözəl rejissoru, təəssüf ki, dünyasını çoxdan dəyişmiş Tofiq Kazımovu da yada salmaq istərdim. Rejissorluq sənəti, necə deyərlər, Allah vergisi olan bu insan öz yaradıcılığında novatorluğu teatr üçün ənənəvi elementlərlə çox bacarıqla uzlaşdırırdı.

Yuxarıda adlarını çəkdiyim, hələ gənc kollektivlərdə özlərini çoxdan göstərmiş aktyorlar da təmsil olunmuşdur. Bu teatrları yüksək zövqlü tamaşaçını nə ilə cəlb edir? Mənim fikrimcə, ilk növbədə rejissor işinin peşəkarlığı ilə. Deyirlər istedadlı aktyorun sinir sistemi qıcıqlananda onun bioloji təsir sahəsi 4-5 metrə çatır. Əgər bu, həqiqətən belədirsə, deməli, tamaşaçı nəinki aktyor cazibəsinin təsiri altında olur, ifaçının səsini eşidir, gözlərini, hərəkətlərini görür, həm də onun bioloji təsir sahəsinin əhatə dairəsində olur. C.Səlimovanın kamera teatrında bunu aşkar hiss edirsən və quruluşçu rejissorlar bu imkandan bacarıqla istifadə edirlər.

Mən oxucunu yuxarıda deyilənlərin mütləq həqiqət olmasına inandırmaq iddiasında deyiləm. Bunlar, sadəcə, mənim mülahizələrimdir. Bugünkü səhnə həyatını müşahidə etdikcə, onun ən mühüm faktlarını təhlil etdikcə, bəzi dəyişikliklərlə razılaşıram, digərləri ilə mübahisə etməyə hazıram. Zənnimcə, böyük sənətin bizə bəxş etdiyi hissləri dərk etməyi, təsirini duymağı bacarmalıyıq. İnsanlarda müsbət hisslər doğurmağa, bunu başqalarına ötürmək və ondan sevinc duymaq bacarığını inkişaf etdirməyə yalnız Sənət kömək edir.

“Sosial pedaqogika” deyilən bir anlayış var. Zənnimcə, Sənətin, o cümlədən teatr sənətinin ən birinci, ən əsas və ən başlıca vəzifəsi sosial pedaqogikadan ibarət olmalıdır.

Elmira Əliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb