PLANETDƏ HAVA GETDİKCƏ İSTİLƏŞİR
“La-Ninya” Sakit okean atmosfer hadisəsinin soyuducu təsirinə baxmayaraq, 1850-ci ildən bəri 2007-ci il tarixdə ən isti il olmuşdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Britaniyanın Hadli Universitet Mərkəzinin alimləri belə bir nəticəyə gəlmişlər ki, orta illik temperatur səviyyəsinə görə bu ili yeddinci hesab etmək olar. Yüz əlli il ərzində son 13 ildən yalnız 11-i ən isti illər olmuşdur. Ən yeni tədqiqatın nəticələri BMT-nin iqlim dəyişməsi problemlərinə dair İndoneziyanın Bali adasında keçirilən zirvə görüşündə təqdim edilmişdir.
Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Mişel Jarro bildirmişdir ki, təqdim edilmiş tədqiqat iqlim dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun hesabatlarına tamamilə uyğun gəlir. Hadli Mərkəzi məlumatlarının dərc edilməsinə cəmi bir necə gün qalmış Amerika alimləri qlobal istiləşmənin ən bədbin proqnozunu açıqlamışlar. Proqnozda yaxın 5-6 il ərzində Arktika buzlarının tamamilə yoxa çıxacağından bəhs olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]