PKK YENƏ FƏALLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə ərazisində bir çox faciələr törədən PKK terror təşkilatı yenidən fəaliyyətə keçəcəyini bəyan etmişdir. Mesopotamiya İnformasiya Agetliyinin İnternet saytında çap olunan məlumata əsasən, PKK terror təşkilatı 1998-ci ildən etibarən birtərəfli elan etdiyi “atəşkəs” rejiminə son qoymağı qərara almışdır. Bundan sonra PKK terrorçuları İraqın şimalında qarşılaşacaqları türk əsgərlərinə atəş açacaqlarını və Türkiyə ərazisində əsasən iqtisadi əhəmiyyətli obyektlərdə terror aktları təşkil edəcəklərini açıqlamışlar.
Məlum olduğu kimi, Abdulla Ocalanın həbs olunub Türkiyəyə gətirilməsindən sonra PKK birtərəfli “atəşkəs” elan etmiş, hətta təşkilatı ləğv etməyi də qərara almışdı. ABŞ və Avropa Birliyi isə PKK-nı terror təşkilat kimi tanımışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
- 06.11.2026 [15:21]
Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib
- 06.11.2026 [14:55]