PAYTAXTDA VƏ ƏKSƏR ŞƏHƏRLƏRDƏ HAVA SABİT OLACAQDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 7-də gün ərzində ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Paytaxtda və əksər şəhərlərdə hava sabit olacaqdır. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-25, aran rayonlarda gecə 15-17, gündüz 25-27, dağlıq rayonlarda isə gecə 9-11, gündüz 18-20 dərəcə təşkil edəcəkdir.
Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti, komfort temperaturların üstünlüyü və biometeoroloji amillərin normal sutkalıq gedişi gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]