Paytaxtda və bölgələrdə yanğın hadisələri baş vermişdir
Hadisə yerinə dərhal gələn yanğınsöndürənlər alovu saat 12:05-də söndürmüşlər. İlkin ehtimala görə, yanğına səbəb kəsilməkdə olan gəmidə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır.
Respublikanın bölgələrində də yanğın hadisələri qeydə alınmışdır.
Aprelin 21-də Saatlı rayonunda Nəsimikənd kəndindəki 4 otaqlı fərdi evdə yanğın olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində ümumi sahəsi 128 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları, həmçinin oradakı əşyalar 78 kvadratmetr sahədə yanmışdır.
Həmin gün Saatlı rayonunun Seyidlər kəndində də yanğın olmuşdur. Ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanmışdır.
Aprelin 21-də Hacıqabul rayonunda Nəvai kəndində ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər.