PAYTAXTDA ŞİMAL KÜLƏYİ ƏSƏCƏKDİR
Bakı, 29 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyi əsəcəkdir. Bu cür hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli sayılacaqdır.
Oktyabrın 30-da paytaxtda hava dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək, gündüz arabir güclənəcəkdir. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman qeydə alınacaq, qərb küləyi əsəcəkdir.
Bakıda gecə 12-14, gündüz 17-19, Naxçıvanda gündüz 19-21, gecə 8-10, aran bölgəsində gündüz 17-19, gecə 10-12, dağlıq zonada gündüz 14-16, gecə 9-11 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]