PAYTAXTDA QISAMÜDDƏTLİ YAĞIŞ YAĞACAQDIR
Bakı, 11 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 12-də paytaxtda buludlu hava şəraiti hökm sürəcək və qısamüddətli yağış yağacaqdır. Ölkənin Qarabağ və aran bölgəsində hava yağmursuz keçəcək, dağlıq və cənub rayonlarına isə yağış yağacaqdır. Respublika üzrə temperatur əvvəlki günlə müqayisədə gecə bir dərəcə aşağı düşəcəkdir. Abşeron yarımadasında meteoroloji amillərin tərəddüdləri meteohəssas insanlar üçün əlverişli sayılacaqdır.
Bakıda gecə 10-12, gündüz 15-17, Naxçıvanda gündüz 17-19, gecə 4-6, aran bölgəsində gündüz 17-19, gecə 12-14, dağlıq zonada gündüz 11-13, gecə 4-6 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]