PARTLAYIŞ NƏTİCƏSİNDƏ BİR AİLƏ XƏSARƏT ALMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Tahir Mehdiyevin evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə qapı zədələnmiş, pəncərə şüşələri sınmış, evdəki əşyalar qismən yanmışdır. T.Mehdiyev üç nəfər ailə üzvü ilə birlikdə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xırdalan şəhərində baş vermiş yanğın Lyubov Xanlarovaya məxsus 4 otaqlı evin 80 kvadratmetrini əşyaları ilə birlikdə külə döndərmiş, yanıq xəsarəti almış Əli Xanlarov isə xəstəxanaya aparılmışdır.
Yanğının başvermə səbəbi və dəyən ziyan müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]