Pakistanda 6 futbolçu oğurlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti rayonunda 6 futbolçu oğurlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Hökumət rəsmiləri təsdiqləyiblər ki, naməlum şəxslər əyalət hökuməti tərəfindən təşkil edilən yerli futbol turnirində iştirak etmək üçün Sibbi şəhərinə gedərkən yaşları 17-23 arasında olan 6 oyunçunu qaçırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış idmançıların axtarış əməliyyatına başlayıblar.
Millətçi separatçıların rəhbərlik etdiyi silahlı mübarizənin ocağı olan Bəlucistanda oğurluq hadisələrinə görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:33]
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
- 06.11.2026 [23:06]
Tramp Ağ Evin aparat rəhbərini dəyişir
- 06.11.2026 [22:32]
Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]