Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oxşar talelər

Bakı, 25 sentyabr, AZƏRTAC

Onlar iki qardaş idilər. Həyat onları həm də tale qardaşı etdi...

İlham Məmmədov və Faya Məmmədovanın cəmi iki övladı var idi.

Cavid 1990-cı il oktyabrın 18-də, iki il sonra iyulun 9-da isə Çingiz dünyaya gəlmişdi.

Əvvəlcə Çingiz gizir hazırlıq kursunu bitirmişdi, onun ardınca Cavid.

İkisinin də toyu eyni gündə olmuşdu.

Toydan sonra Çingiz həyat yoldaşı Kifayəti də özü ilə Naxçıvanda xidmət etdiyi hərbi hissəyə aparmışdı.

Cavid isə Tovuzda qulluq edirdi.

Çingizin Elgiz və Uğur adlı iki oğlu, Cavidin Elcan adlı oğlu və Damla adlı qızı var.

Vətənpərvər qardaşların sonrakı taleyində də oxşarlıq çoxdur. Hər ikisi Vətən müharibəsinin ilk günündən silaha sarılıb torpaqlarımızın müdafiəsində iştirak edirdilər. Cavid sentyabrın 28-də komandiri ilə birlikdə Talış kəndində “Mübariz” postuna bayraq sancandan sonra düşmən snayperinin atəşinə tuş gəlmişdi. Yaralansa da, geri qayıtmamışdı və yanında düşən minaatan mərmisinin partlaması nəticəsində şəhid olmuşdu. Onun nəşini 6 gündən sonra həmin ərazidən çıxarmaq mümkün olmuşdu.

Çingiz isə Cavidin dəfn günü Murov yüksəkliyindəki 3 min 261 metr hündürlüyündəki Ömər aşırımında şəhid olmuşdu. Onun nəşini iki ay morqlarda axtarandan sonra tapmaq mümkün oldu və dekabrın 28-də qardaşının məzarının yanında torpağa tapşırıldı.

Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.

AZƏRTAC xəbər verir ki, şəhid qardaşların anası Faya xanım 16 yaşı olanda Dərələyəz mahalından didərgin düşərək Şəmkir rayonunun Yeniabad kəndinə pənah gətirmişdi. Onun erməni şərinin qurbanı olan atasına 10 il iş veriblər və altı bacı və bir qardaşı ilə nənə himayəsində böyüməli olub.

Kənddə İlham adlı bir oğlanla ailə həyatı quran Faya övladları ilə təsəlli tapmağa çalışıb: “Uşaqlığından Cavid ağır təbiətli, Çingiz isə dəcəl idi. Amma ikisi də çox vətənpərvər idilər. Onları çox böyük əziyyətlərlə böyütmüşəm. Elə bilirdim biri atam, bir də qardaşımdır. Vətən müharibəsi başlayanda Çingiz mənə zəng edib dedi ki, ana, qorxma, nə vaxtadək səngərdən boylanacağıq? Özüm könüllü olaraq səngərə girmişəm. Elə ilk gün xəbər verdi ki, düşmənin birinci səddini yarmışıq, “Mübariz postu”na az qalıb”,- dedi. Telefonda atəş səslərini özüm də eşidirdim”.

Atası İlhamın dedikləri: “Onların ikisi də uşaq yaşlarından Vətənə, torpağa bağlı böyümüşdülər. İkisi də həyatını hərbi işə bağlamışdı. Müharibə başlayan gün zəng edib bizimlə sağollaşdılar. “Uşaqlardan muğayat olun”,- dedilər. Ondan sonra onlarla əlaqəmiz kəsildi”.

Cavidin həyat yoldaşı Türkan xatırlayır: “Uşaqlıqdan bir-birimizi tanımışıq, yetim olduğumu bilə-bilə mənimlə ailə həyatı qurdu. “Səni xoşbəxt edəcəyəm və sənə yetimliyini unutduracağam”, - demişdi. Cavid şəhid olandan sonra mən ümid edirdim ki, Çingiz sağ qalar, hamımıza hami olar, qardaşının balalarına sahib çıxar. Lakin... qismət başqa imiş.

Çingizin həyat yoldaşı Kifayət isə bunları deyir: “Məni ən çox bir də o göynədir ki, onlar ata sevincini dadsalar da, onu yaşaya bilmədilər. Çingiz şəhid olanda Uğur çox kiçik idi, Elgiz isə “ana” deməyi təzə öyrənmişdi, amma “ata” deyə bilmirdi...”.

Ana qəlbi fəryad qoparır: “Birinci Qarabağ müharibəsi zamanı ekranlarda Kəlbəcərdən olan bir ananın “Niyaməddin, Elməddin” deyib haray qopardığını görəndə ürəyim param-parça olurdu. Haradan biləydim ki, belə bir tale mənim də başıma gələcək”.

O, həyətə çıxanda özümə yer tapa bilmədiyini söyləyir: “Ağaclar yarpaqlamağa başlayanda elə bil sinəmə duz basırlar. Axı mən bu ağacları onlarla birlikdə əkmişdim...”.

...Bu il sentyabrın 4-da Məmmədovlar ailəsinin əkiz övladları dünyaya gəlib. Oğlana Hüseyn, qıza Zəhra adı veriblər. Qədəmləri sayalı olsun!

Ümid edək ki, onlar valideynlərin övlad yarasının qaysaq bağlamasına, Məmmədovlar ailəsinin iki oğul itkisindən sonra ovunmasına səbəb olacaq. Payız günündə dünyaya gələn əkizlər bu ailəyə bahar çiçəklərinin ətrini gətirəcək...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: Çaylarda bəndbərkitmə və məcratəmizləri işləri görülür

Bu gün futzal üzrə Azərbaycan millisi Çexiya komandası ilə qarşılaşacaq

Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib

Paytaxtın bəzi yollarında sıxlıq var

Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

MDU-da elmi karyeraya dəstək məqsədilə ödənişsiz məşğələlər təşkil edilir

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO