ORUCLUĞUN BAŞLANMASI UKRAYNADA DA QEYD EDİLMİŞDİR
Hazırda Ukraynada təxminən 2 milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 4 faizi qədərdir. Krımda 12 faizi müsəlmanlar təşkil edir. Proqnozlara görə, yaxın vaxtlarda Ukrayna müsəlman əhalisinin sayına görə beş Avropa dövləti sırasına daxil olacaqdır.
İndi Ukraynada qeydiyyatdan keçmiş təxminən 390 müsəlman icması var, 30-dan çox icma isə qeydiyyatsız fəaliyyət göstərir. Ölkənin 5 təhsil ocağında, o cümlədən 2 universitetində 440-dək islam din xadimi oxuyur.