Oğuzda payızlıq dən bitkilərinin səpini başa çatıb
Oğuz, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 11 min 283 hektarı buğda, 4 min 970 hektarı dən üçün arpa olmaqla, 16 min 253 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 453 hektar sahənin məhsulu biçilib, 53 min 576 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3 min tondan çox artıb.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda yaş tütünün qurudulması prosesi də artıq başa çatıb. Bu il oğuzlu fermerlər 220 hektarda tütün yetişdirib, 368 ton quru tütün istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]