Oğurluq və oğurluğa cəhd edərkən yaxalanmışlar
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 16-da Qara Qarayev prospektindəki ticarət mərkəzində Bakı şəhər sakinləri Nəbi Qurbanova və Gündüz Ramazanova məxsus mağazalardan oğurluğa cəhd göstərmiş həmyerliləri Raxiyə Quliyeva Nizami Rayon Polis İdarəsi 24-cü bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
2010-cu ilin noyabr-dekabr aylarında Məşdi Səfərxanova, Samir Rzayevə və Vüqar Məmmədova məxsus avtomaşınlardan oğurluq edilmişdir. Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Rəxşan Məmmədov, Rəşid Məlikov və Kamran Ələsgərov Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il fevralın 16-da saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]