OĞURLUQ ÜSTÜNDƏ YAXALANMIŞLAR
Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 14-də “Azəriqaz” İB-yə məxsus qaz istismarı sahəsindən 750 metr uzunluğunda qaz borusunu oğurlamış Binə qəsəbəsinin sakini Rəhman Quliyev Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları isə Asif Həsənovun, Nahid Fərəcovun və Ağababa Zülfüqarovun evlərindən oğurluq etmiş Masallı rayon sakinləri Ziya Quliyev və Niyaməddin Zamanovu yaxalamışlar. Onların cari ilin oktyabr və noyabrında Boradigah qəsəbə sakinləri Cəlaləddin Yusifovun, Sevinc Bayramovanın, Vüsalə Bayramovanın və Təranə Əzizovanın evlərindən oğurluq etməsi də müəyyən edilmişdir.
Bakı şəhər sakinləri Qətibə Kərimova və Xanım Quliyevanın həyətindən 1 ədəd xalça və geyim əşyaları oğurlanmışdır. Hadisəni törətmiş Bakı şəhər sakini Əli Əliyev Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları avtomaşınlardan oğurluq etmiş Samir Musayev və Yusif Məhərrəmovu tutaraq istintaq orqanlarına təhvil vermişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]