OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Bakı, 24 noyabr (AZƏRTAC). Heydər Əliyev adına Beynəlxalq hava limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri, Bakı şəhər sakinləri Turan Şahbazov və Ceyhun Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar. C.Məmmədovdan 0,241 qram heroin götürülmüşdür.
Nəsimi rayonundakı Cavadxan küçəsində yaşayan Qədir Azadlı tanışı Əmir Kərimli ilə birgə yaşadığı evə girərkən iki naməlum şəxs arxalarınca girib tapança ilə onları hədələyərək əllərini bağlamış, 200 min dollar və qızıl əşyalarını aparmışlar. Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Nüsrət Qurbanova məxsus mağazadan qapını sındırıb 500 manatı oğurlamış qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Novruzovu yaxalayaraq məsuliyyətə cəlb etmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]