OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Bakı, 12 noyabr (AZƏRTAC). Masallı rayonunda Yardımlı rayon sakini Əlisultan Əzizova məxsus “VAZ-2121” markalı avtomaşından oğurluq etmiş Dadva kənd sakini Şahüseyn Əliyev Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Nizami (Gəncə) Rayon Polis Şöbəsinin əməkdaşları Gülnarə Məmmədovanın evindən oğurluq etmiş Gəncə şəhər sakini Sərxan Rzayevi tutaraq məsuliyyətə cəlb etmişlər.
Sumqayıt şəhər sakini Abdu Abduyevin evindən 2000 dollar və 1400 manat naməlum şəraitdə oğurlanmışdır. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları hadisəni törətmiş şəhər sakini Yeganə Əhmədovanı tutmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]