OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Bakı, 2 oktaybr (AZƏRTAC). Sentyabrın 30-da Yeni Suraxanı mənzilinin 43-cü kilometrindəki transformatoru oğurlayarkən yerli sakin Elşən Zalıyev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Oktyabrın 1-nə keçən gecə Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Vüqar İbrahimovun evindən içərisində şəxsi sənədlər və qızıl əşyalar olan seyf oğurlanmışdır.
Hadisəni törətmiş Gəncə şəhər sakinləri Səbuhi Bağırov və Elsevər Eybəliyev aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]