OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Tovuz rayon sakini Tahir Quliyev Lökbatan qəsəbəsi ərazisindəki “Binə” ticarət mərkəzinin anbarından 5300 metr uzunluğunda kabeli oğurlamağa cəhd göstərmişdir.
Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quliyev tutulmuşdur.
Naməlum şəxs Yasamal rayonu ərazisində Türkanə Abbasovaya məxsus mobil telefonu çantasından götürərək qaçmışdır.
Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Cəlilabad rayon sakini Şamil Ağayev saxlanılmışdır.
İmişli rayonundakı “Araz” MMC-nin Konservləşdirmə zavodundan oğurluq etmiş rayon sakinləri Yusif Ümüdov, Sahib Ələkbərov, Bəhruz Rüstəmov, Vüqar Allahverdiyev və Zamiq Musayev İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]