OĞURLUQ ÜSTƏ YAXALANMIŞLAR
Bakı, 9 aprel (AZƏRTAC). Quba şəhər sakini Əsməgül Bayramova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin gün kafedə özünə məxsus mobil telefonun oğurlanmasını bildirmişdir.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən yerli sakin, əvvəllər məhkum olunmuş Xəyyam Muradov tutulmuşdur.
Martın 12-də Əminə Mirzəyevanın mənzilindən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sahib Abbasov, Vasif Əsgərov, Rəhman Cəfərov və Zaur Əhmədov Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]