OĞURLUQ ÜSTƏ YAXALANMIŞLAR
Bakı, 5 mart (AZƏRTAC). Mahir Məmmədova, Mütəllim Sadıqova, Faiq Qasımova, Sahib Hüseynova, Telman Məmmədova və Nahid Nağıyevə məxsus avtomaşınlardan oğurluq etmiş Sabunçu qəsəbəsinin sakini Amin Xıdırov Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. A.Xıdırovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun qəsəbə sakinləri Nicat Pənahova məxsus “VAZ-21011”, İlqar Rzayevə məxsus “Tavriya” markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilmişdir.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də şəhər sakini Faiq Kərimova məxsus ticarət köşkündən oğurluğa cəhd göstərmiş həmyerlisi Ramin Abdulrəhmanov tutulmuşdur.
Martın 2-də Masallı rayon sakini E.Ramazanova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Siyavuş Nəsirov və Vüsal Hüseynov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]