Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 2-də Nigar Əhmədovanın evindən oğurluq etməkdə şübhəli bilinən Şüvəlan qəsəbəsinin sakini Rəşad Bağırov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Oktyabrın 7-də Elşən Salahova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini Rafiq Şirinov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Sentyabrın 9-da Asif Şirinova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Adıgözəlov Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]