OĞRULARI ACI AQİBƏT GÖZLƏYİR
Bakı, 27 oktyabr (AZƏRTAC). Balakən rayonundakı H.Əliyev prospektində Şəfiqə Budayevaya məxsus mağazadan 5 min dollar oğurlanmışdır.
Hadisəni törətmiş Aydın Qasımov Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Y.Həsənovaya məxsus mağazadan oğurluq etmiş Biləcəri qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emin İbrahimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinin əməkdaşları isə Ceyhun Məmmədova məxsus “VAZ-2107 ” markalı avtomaşından oğurluq etmiş Bakı şəhər sakinləri Azər Cabbarov və əvvəllər məhkum olunmuş Ramin Zeynalovu tutaraq məsuliyyətə cəlb etmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]