OĞRULARI ACI AQİBƏT GÖZLƏYİR
Bakı, 21 oktyabr (AZƏRTAC). Avtovağzalın ərazisində Ağsu rayon sakini İznulla Mirzəyevin cibindən 150 manatını oğurlamış Sumqayıt şəhər sakini Ramil Muradov Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Onun üstünə baxış zamanı 0,209 qram heroin aşkar edilərək götürülmüşdür.
Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinin əməkdaşları Teymur Səfərova məxsus köşkdən oğurluq etmiş Keşlə qəsəbə sakini Məcnun Məmmədovu yaxalayaraq məsuliyyətə cəlb etmişlər.
Nizami Rayon Polis İadrəsinin 25-ci bölməsinin əməkdaşları isə Müşfiq Əliyevə qarşı soyğunçuluq etmiş Zabrat qəsəbə sakini Ramin Mirzəyevi tutmuşlar.
Nəsimi Gülməmmədovun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini Fərid Hacıyev Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
R.Məmmədova və N.Əliyevə məxsus bağ evlərindən oğurluq etmiş Sumqayıt şəhər sakini Elçin Baxışov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tututlmuşdur.
Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları F.Şümalova məxsus mobil telefonları oğurlamış Orxan Quliyevi tutmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]