Oğrular yaxalanmışlar
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 13-də P.Quliyevə məxsus mağazadan oğurluq edilmişdir.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Azər Məmmədov saxlanılmışdır.
Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Q.Bağırovun evindən oğurluq etmiş qrupun digər üzvü, Bakıxanov qəsəbə sakini Tahir Həsənov yaxalanmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı şəhər sakini Niyaz Hacıyevə məxsus mobil telefon oğurlanmışdır.
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Oğuz rayon sakini Ruslan Məmmədəliyev yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]