OĞRULAR YAXALANMIŞLAR
Bakı, 7 oktyabr (AZƏRTAC). Sentyabrın 14-də Kapital banka məxsus bankomatdan Elza Səfərəliyevaya məxsus 200 manat pulun çıxarılması barədə məlumat verilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov tutulmuşdur.
İyulun 10-da Yasamal rayonunda yaşayan Laçın Əsədovanın mənzilindən 7.800 manat pul oğurlanmışdır.
Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Şükürov və Namil Məmmədov yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]