OĞRULAR YAXALANMIŞLAR
Bakı, 13 aprel (AZƏRTAC). Dəvəçi şəhərində “Akkord” Şirkətlər Qrupuna məxsus traktorun ehtiyat hissələri və 150 litr dizel yanacağı oğurlanmışdır. Dəvəçi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən yerli sakin Qəhrəman Qəniyev və Uzunboyad kənd sakini Taleh Hümbətov tutulmuşlar.
Yanvarın 19-da Gəncə Şəhər Regional Enerji Təchizatı MMC-nin inzibati binasından oğurluğa cəhd göstərmiş yerli sakinlər, əvvəllər məhkum olunmuş Sahib Abbasov, Zaur Əhmədov, Vasif Əsgərov və Vüsal Yaqubov Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]