OĞRULAR YAXALANMIŞLAR
Bakı, 8 aprel (AZƏRTAC) Aprelin 1-də T.Əsgərovanın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Sevda Nuriyeva və Liliya Palubinskaya Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsi 24-cü bölməsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Yanvarın 31-də Rəşad Əsgərova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad İbrahimov və Zöhrab Şamilov Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Qismət Məcidovun yanvarın 15-də Əfsər Əliyevə məxsus 12 baş qoyunu oğurlamasını müəyyən etmişlər.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları isə oğurluq etdiyinə görə tutulmuş Xəyal Rəsulovun martın 31-də Q.Ağaməmmədova məxsus “Araz” ticarət mərkəzindən də oğurluq etdiyini müəyyənləşdirmişlər.
Aparılmış araşdırmalar zamanı X.Rəsulovun “Araz” ticarət mərkəzindən əvvəllər də 2 dəfə oğurluq etməsi müəyyən olunmuşdur.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]