OĞRULAR YAXALANMIŞLAR
Bakı, 7 aprel (AZƏRTAC). Martın 10-da Fuad Məmmədova məxsus avtomaşından mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Albert Mollayev Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Fevralın 9-da A.Zərbəliyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fəxrəddin Xəlilov Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Aprelin 5-də Eldəniz Şeyxovu bıçaqla hədələyərək pul və mobil telefonunu ondan almaqda şübhəli bilinən Ağdam rayon sakini Adil Vəliyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Fevralın 17-də E.Möhsümovun evindən oğurluq etməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini Radcik Məmmədov Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]