OĞRULAR YAXALANMIŞLAR
Bakı, 13 mart (AZƏRTAC). Martın 10-da Bülbülə qəsəbəsinin Nərimanov küçəsində yerləşən bankomatdan oğurluğa cəhd göstərmiş yerli sakin Ramin İlyasov Baş Mühafizə İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş R.Həsənovun martın 10-da T.Rəhimovun və A.Quliyevanın da evlərindən oğurluq etməsini müəyyənləşdirmişlər.
Martın 12-də A.Məhərrəmov küçəsindəki 62 nömrəli evin girişindən elektrik avadanlıqları oğurlayan Bakı şəhər sakini Vüsal Abbasov Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]