OĞRULAR YAXALANMIŞLAR
Bakı, 5 yanvar (AZƏRTAC). Yanvarın 3-də Rəna Ağakişiyevanın evindən oğurluq etmiş Sumqayıt şəhər sakini Fərid Baxşıyev şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Onun 2009-cu ilin noyabr və dekabrında Vahid Bəkirovun mənzilindən və Sumqayıt şəhər sakini Xəlil Muradinin evindən də oğurluq etməsi müəyyən edilmişdir.
Yanvarın 3-də Arzu Haqverdiyevə qarşı quldurluq etmiş cinayətkar qrupun digər üzvləri - Yevlax rayon sakinləri Qurban Əliyev və Rüfət Rüstəmli Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları isə yanvarın 3-də Maarif Dadaşova məxsus avtomaşından 900 manatı, mobil telefonu və qızıl əşyalarını oğurlamış rayon sakinləri Səbuhi Məmmədovu və Arif Məmmədovu tutmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]