Oğrular saxlanılmışlar
Bakı, 13 dekabr (AZƏRTAC). Dekabrın 11-də Elnur Məmmədova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən cinayətkar qrupun üzvləri, Abşeron rayon sakini Etibar Baxşızadə və Namiq Fərəcov Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. E.Baxşızadənin və N.Fərəcovun dekabrın 7-də Biləcəri qəsəbəsində, Xırdalan şəhər sakini Hüseyn Həsənova məxsus tikilməkdə olan evdən elektrik avadanlıqları və məişət əşyalarını oğurlamaları da müəyyən edilmişdir.
Dekabrın 8-də Asif Rəhimova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Maştağa qəsəbəsinin sakini Fərzani Cəbrayılov Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]