Oğrular saxlanılmışlar
Bakı, 3 dekabr (AZƏRTAC). Qobustan qəsəbəsində Faiq Mehdiyevə məxsus anbardan avtomaşın üçün ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Coşqun Əmrəliyev Qaradağ Rayon Polis İdarəsinin 11-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Dekabrın 1-də Azər Şirinova məxsus mağazadan 300 manat pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Orxan Həqurayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Dekabrın 1-də Şamaxı şəhər mərkəzi univermağında Maarif Heybətova məxsus məktəb ləvazimatları şöbəsindən 600 manat pulu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Soltanov Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Noyabrın 4-də S.Dadaşovun otağından mobil telefon və gödəkçəsini oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Seyfəddin Nəcəfov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır .
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.