Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 7 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi iyulun 1-də N.Rəhimovaya məxsus mobil telefonlar oğurlanmışdır.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Kamran Hüseynov saxlanılmışdır.
Elə həmin gün Nərimanov rayonu ərazisində “Bərəkət” MTK tərəfindən inşası başa çatmamış binadan xeyli elektrik kabeli kəsilərək oğurlanmışdır.
Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki rayon sakini Səbuhi Məmmədov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]