OĞRULAR MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞLAR
Bakı, 1 oktyabr (AZƏRTAC). Sentyabrın 30-da Buzovna qəsəbəsində yerli sakin Natiq Əkbərova məxsus bağ evindən tikinti materialları oğurlanmışdır.
Hadisəni törətmiş Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Firdovsi İgidaliyev və Buzovna qəsəbəsinin sakini Sahib Həsənov Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşları isə iyulun 29-da Emil Mənsimovun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Ağayevanı yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]