Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 25 oktyabr (AZƏRTAC). Sentyabrın 19-da R.Xudiyevaya məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Rəhimzadə Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Oktyabrın 20-də Nəsimi rayonunda Teymur Aslanovun evindən 500 dollar və 520 manat pul oğurlanmışdır. Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Svetlana Araşina saxlanılmışdır.
Oktyabrın 20-də Y.Əliyevə və K.Fərzəliyevə məxsus evlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Quliyev və Ədalət Həsənov Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Oktyabrın 22-də Elşən Alməmmədova məxsus qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Elmar Şəmmədov Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]