OĞRULAR LAYİQLİ CƏZALARINA ÇATMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Hacıqabul rayonunun Talış qəsəbəsindəki dəmir yolundan 17 ədəd şpal oğurlamış Hacıqabul rayon sakinləri Alxas Zeynalov, Sakit Bayramov, Valeh İsgəndərov, həmçinin Əli Bayramlı şəhər sakinləri Zaur Cavadov və Elnur Həbibov Nəqliyyatda Baş Polis İdarəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşlar.
E.Həbibovun mənzilindən oğurluq etmiş Maştağa qəsəbə sakinləri Əfsanə Dadaşova və bacısı Rəvanə Əzizbəyov Rayon Polis İdarəsi 2-ci bölməsinin əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilmişlər.
28 May küçəsindəki “Çin Hava Yolları” şirkətində Anar Zeynalova məxsus mobil telefon oğurlanmışdır. Telefonu stolun üstündən götürüb qaçmış Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov Baş Mühafizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktlarla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]